Exit-poll: Yaponiyada parlament seçkilərində hakim koalisiya qalib gəlir

Exit-poll: Yaponiyada parlament seçkilərində hakim koalisiya qalib gəlir
# 22 oktyabr 2017 13:47 (UTC +04:00)

Bu gün Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilir.

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, 47,7 min seçki məntəqəsi yerli vaxtla səhər saat 7.00-də açılıb və axşam saat 20.00-dək işini davam etdirəcək.

“Lan” qasırğasının yaxınlaşması səbəbindən ölkənin cənub və mərkəzi rayonlarında seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat 16.00-da bağlanıb. Seçkilərdə 1180 namizəd 465 deputat mandatı uğrunda mübarizə aparır. Onlardan 289-u birbaşa səsvermə, 176-sı isə proporsional nümayəndəlik qaydasında seçiləcəklər.

Parlamentdə yerlər uğrunda əsas mübarizə hakim koalisiya – Liberal Demokrat Partiyası və Komeyto Partiyası ilə müxalifətdəki Ümid Partiyası və Konstitusion-Demokratik Partiya arasında gedir. NHK telekanalı seçki məntəqələrində exit-poll-un nəticələrinə əsasən hakim koalisiyanın – Liberal Demokrat Partiyası və Komeyto Partiyasının qalib gəldiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR