Tütündən istifadə ilə bağlı müalicə dövlət hesabına aparılacaq

Tütündən istifadə ilə bağlı müalicə dövlət hesabına aparılacaq
# 14 aprel 2017 08:53 (UTC +04:00)

Azərbaycanda tütündən (siqaret) istifadənin fəsadları ilə əlaqədar müalicə dövlət büdcəsi hesabına həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tütün çəkilməsinin profilaktikası, tərgidilməsi, müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirməlidir. Dövlət tibb müəssisələrində müalicə tədbirləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR