Gəncədə avtomobil idarəetmədən çıxaraq aşıb - FOTO

Gəncədə avtomobil idarəetmədən çıxaraq aşıb - FOTO
# 18 dekabr 2019 00:07 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində (“Totanlı” adlanan ərazi) qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol ayrıcına dəyib. Avtomobil zərbənin gücündən aşıb.

Qəza zamanı sürücü, 1992-ci il təvəllüdlü Əliyev Elvar Vidadi oğlu xəstəxanaya yerləşdirilib. Xəstəyə boyunun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR