DGK-nın iki rəhbər şəxsi sərəncama götürülüb

DGK-nın iki rəhbər şəxsi sərəncama götürülüb
# 03 may 2018 16:11 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev bununla bağlı müvafiq əmri imzalayıb.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR