Yəməndə iki “Əl-Qaidə” lideri məhv edilib

Yəməndə iki “Əl-Qaidə” lideri məhv edilib
# 03 fevral 2017 18:41 (UTC +04:00)

Yanvarın 29-da Yəməndə “Ərəbistan yarımadasında “Əl-Qaidə” qruplaşmasının iki lideri məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Yaxın Şərq komandanlığından (CENTCOM) bildiriblər.

“Ərəbistan yarımadasında “Əl-Qaidə” qruplaşmasının liderlərindən olan Sultan əl-Dahab və Əbdul əl-Dahab uzun müddət terror əməliyyatlarının planlaşdırılması ilə məşğul olublar”, məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 29-da ABŞ hərbçiləri Yəməndə xüsusi əməliyyat keçirib. Nəticədə 14 terrorçu məhv edilib, 1 amerikalı xüsusi təyinatlı ölüb, 3-ü yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR