Buffon İtaliya yığmasında karyerasını başa vurduğunu açıqlayıb

Buffon İtaliya yığmasında karyerasını başa vurduğunu açıqlayıb
# 13 noyabr 2017 23:42 (UTC +04:00)

Futbol üzrə İtaliya millisinin qapıçısı Canluici Buffon yığmada karyerasını başa vurduğunu bəyan edib.

APA-nın məlumatına görə, o bu qərarını DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin cavab oyunundan sonra açıqlayıb.

“Mən İtaliya yığmasını cavanlara, Perin və Donnarumaya tapşıraraq tərk edirəm. Şübhəsiz ki, İtaliya futbolunun gələcəyi var. Millidə on il ərzində birgə olduğum Bartsalyi, Bonuççu, Kyellini və De Rossini bağrıma basmaq istəyirəm”, - deyə Buffon İsveçlə matçdan sonra bildirib.

Qeyd edək ki, İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

İsveç yığması ilə Milanda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan İsveç mundiala vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR