Gürcüstanda Qardabani sakinləri hakim partiyanın namizədinə etiraz edir

Gürcüstanda Qardabani sakinləri hakim partiyanın namizədinə etiraz edir
# 21 sentyabr 2017 08:40 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda bir qrup sakin etiraz aksiyası keçirib.


APA-nın yerli bürosunun məlumatına görə, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasının Qardabani rayon icra başçısı vəzifəsinə namizədi Ramaz Budaqaşvilinin namizədliyinə etiraz ediblər.


Sakinlər qarşıdan gələn yerli idarəetmə orqanları seçkilərində R. Budaqaşvilinin namizədliyini dəstəkləməyəcəklərini bildiriblər. Onlar hakim partiyadan rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər. Etirazçıların sözlərinə görə, Q. Camaraulinin rəhbərliyi altında Qardabani rayonunda ciddi işlər görülüb. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, aksiyalar davam etdiriləcək.

Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR