Bakı-Quba-Rusiya yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
# 29 may 2018 09:29 (UTC +04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, yolda hərəkət iş aparılan bir zolaq üzrə digər hərəkət zolaqları açıq olmaq şərti ilə hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR