Nazir: "Kosta Rika BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşır"

Nazir: "Kosta Rika BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşır"
# 29 noyabr 2017 13:53 (UTC +04:00)

"Kosta Rika dünyanın istənilən nöqtəsində münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir".

APA-nın məlumatına görə, bu gün Bakıda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində jurnalsitlərə açıqlamasında bu ölkənin xarici işlər və etiqad naziri Manuel Qonsales Sans deyib.

"Bizim ordumuz yoxdur. Biz beynəlxalq hüquqa inanırıq. Kosta Rika BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrə hörmətlə yanaşır. Biz sülh olan dünya istəyirik. Ümid edirik ki, münaqişələr dialoq və ölkələrin iştirakı ilə tezliklə həll olacaq" -deyə o bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR