Dələduzluqda təqsirləndirilən şəxs bəraət alıb

Dələduzluqda təqsirləndirilən şəxs bəraət alıb
# 21 sentyabr 2017 10:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Vəliyevin cinayət içi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm oxunub . Hökmə əsasən S. Vəliyev barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, həmin məsələ mülki məsələdir.

İttihama görə, S.Vəliyev zərərçəkmiş Fəridə Mirzəcanovanın 57 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR