Azərbaycan prezidenti Avropa Parlamentinin üzvünü qəbul edib

Azərbaycan prezidenti Avropa Parlamentinin üzvünü qəbul edib
# 12 aprel 2018 14:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.

APA-nın xəbərinə görə, seçkilərdə qazandığı qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Dövlət başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR