Məhkəmə Bakıda lombarddan oğurluq edən şəxs barəsində məcburi müalicə təyin edib

Məhkəmə Bakıda lombarddan oğurluq edən şəxs barəsində məcburi müalicə təyin edib
# 15 mart 2018 09:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gəray İsmayılovun məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulması və barəsində məcburi tibbi müayinə keçiriləsi ilə bağlı qərar elan olunub.

Qərara əsasən, G. İsmayılov cinayət işi barədə icraat dayandırılıb və o, ixtisaslaşdırılmış pisixi xəstəxanada müalicəyə göndərilib.

Qeyd edək ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 9-da Bakı şəhər sakini Fərqanə Mehdiyevaya məxsus lombarddan 24.000 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun üzvü həmyerlisi Gəray İsmayılov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR