MTRŞ: Əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları və xoşagəlməz hallara rast gəlinmir

MTRŞ: Əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları və xoşagəlməz hallara rast gəlinmir
# 07 iyul 2017 11:28 (UTC +04:00)

"Cari yayım mövsümü bitmək üzrədir. Bir sıra seriallar, sosial layihələr sezon finalına çıxır. Görülmüş tədbirlər nəticəsində hazırda əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları, xoşagəlməz hallara rast gəlinmir. Lakin bu, monitorinqlərin intensivliyini azaltmır".

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, yayda da monitorinqlər tam ciddiliyi ilə davam edəcək.

T. Dadaşov qeyd edib ki, yaxın günlərdə Şurada efirin ümumi durumu ilə bağlı monitorinqin nəticələrindən ibarət hesabat dinlənilib: "Milli efirimizdə mövcud müsbət və mənfi tendensiyalar, qanun pozuntuları, əvvəlki dövrlərlə müqayisədə hazırkı vəziyyət müzakirə olunub. Bu zaman monitorinq qrupuna milli efirin monitorinqlərinin daha da gücləndirilməsi, qanunvericiliyin tələblərinin, o cümlədən efirdə milli-mənəvi dəyərlərə zidd halların daim diqqətdə saxlanılması, ictimaiyyəti narahat edən halların yoxlanılması və bütün bunlarla bağlı operativ arayışların hazırlanması kimi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR