Masallıda yanğın olub, 4 baş iribuynuzlu heyvan yanıb

Masallıda yanğın olub, 4 baş iribuynuzlu heyvan yanıb
# 10 avqust 2017 12:17 (UTC +04:00)

Masallı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus tövlədə baş verən güclü yanğın nəticəsində 4 baş iribuynuzlu heyvan yanıb.

Yanğın qısa müddət ərzində yaşayış evinə keçib. Masallı və Lənkəran Yanğından Mühafizə hissələrinin əməkdaşları evin yanmasının qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR