Edvard Nalbandyan həmsədrlərlə görüşüb

 Edvard Nalbandyan həmsədrlərlə görüşüb
# 23 sentyabr 2017 09:19 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün “Twitter” səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Bu gün həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkda həmsədrlərlə görüş keçirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR