Masallıda minik avtomobili aşıb, bir nəfər xəsarət alıb

Masallıda minik avtomobili aşıb, bir nəfər xəsarət alıb
# 31 iyul 2017 20:03 (UTC +04:00)

Masallıda yol qəzası qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.

Belə ki, ”Volqa”markalı minik avtomaşını idarəetməni itirərək yol kənarındakı qaz borusuna çırpılaraq aşıb.

Nəticədə avtomaşında sərnişin qismində olan 1984-cü il təvəllüdlü Ruqayyə Əlican qızı Əlibəbişova xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR