Bakıda bir-birinə bitişik iki fərdi ev yanıb

Bakıda bir-birinə bitişik iki fərdi ev yanıb
# 13 oktyabr 2017 20:16 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda bir-birinə bitişik tikilmiş iki fərdi yaşayış evinin dam örtüyünün və ikinci mərtəbələrinin yanar konstruksiyaları yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR