Tramp Kim Çen Inı dəli adlandırıb

Tramp Kim Çen Inı dəli adlandırıb
# 22 sentyabr 2017 16:13 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inı dəli adlandırıb.

APA-nın məlumatına görə, bu barədə D. Tramp özünün “Twitter” səhifəsində yazıb. “Şimali Koreyanın Kim Çen Inı aydındır ki, dəlidir. O, öz xalqının aclığına və ölümünə sakit yanaşır. Onu heç zaman qarşılaşmadığı sınaqlar gözləyir”,- deyə ABŞ prezidenti yazıb.

Qeyd edək ki, BMT Baş Assambleyasında çıxışı zamanı Donald Tramp KXDR-in ABŞ və onun müttəfiqlərinə təhdid törətməkdə davam edəcəyi təqdirdə, bu ölkəni tamamilə məhv etməyə hazır olduqlarını bildirib. Cavabında isə Kim Çen In ABŞ-a qarşı tarixdə ən böyük cavab tədbirləri görəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR