Biləsuvarda 23 yaşlı qız dərmandan zəhərlənib

Biləsuvarda 23 yaşlı qız dərmandan zəhərlənib
# 03 aprel 2018 20:51 (UTC +04:00)

Biləsuvarda 23 yaşlı qız dərmandan zəhərlənib. APA-nın cənub bürosunun məlumatına görə, Nərimankənd kənd sakini Nuranə Əli qızı Muradova kəskin hərarəti olduğundan hərarəti aşağı salmaq üçün dərman qəbul edib. Nəticədə N.Muradova zəhərlənib. O, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR