Xırdalanda barmağı uşaq arabasının metal borusunda qalan azyaşlı xilas edilib

Xırdalanda barmağı uşaq arabasının metal borusunda qalan azyaşlı xilas edilib
# 29 sentyabr 2017 21:02 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlının barmağı uşaq arabasının metal borusunda sıxılmış vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri uşağa lazımi köməklik göstərib və onu aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR