Bank Of Baku

Boris Conson NATO və BMT rəhbərləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Böyük Britaniyanın Baş naziri Boris Conson, NATO-nun Baş katibi Yens Stoltenberq və BMT-nin Baş katibi Antonio Quterreş

© APA | Böyük Britaniyanın Baş naziri Boris Conson, NATO-nun Baş katibi Yens Stoltenberq və BMT-nin Baş katibi Antonio Quterreş

# 16 avqust 2021 01:17 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson NATO-nun Baş katibi Yens Stoltenberq və BMT-nin Baş katibi Antonio Quterreşlə Əfqanıstandakı mövcud vəziyyətlə bağlı telefon danışığı aparıb.

APA-nın Britaniya bürosunun Baş nazirin ofisinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı B.Conson bildirib ki, ekstremist təhlükənin qarşısının alınması və Əfqanıstanda humanitar fövqəladə vəziyyətin aradan qaldırılması üçün qarşıdakı aylarda beynəlxalq ictimaiyyət koordinasiya edilməli və birgə səy göstərilməlidir.

"Baş nazir telefon danışığı zamanı NATO-nun Şimali Atlantika Şurası və BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı ən qısa zamanda yüksək səviyyəli beynəlxalq müzakirələr aparmasının, iclaslar keçirməsinin önəmli olduğuna diqqət çəkib", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR