ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, 10 nəfər itkin düşüb - YENİLƏNİB

ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, 10 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 21 avqust 2017 03:46 (UTC +04:00)

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus “John S. McCain” hərbi gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

“Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

04:36

Malakka boğazı yaxınlığında ABŞ-a məxsus “John S. McCain” hərbi gəmisi yük gəmisi ilə toqquşub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib.

Hadisə yerində xilasedici əməliyyatın aparıldığı bildirilsə də, qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR