Koreya liderinin qardaşı öldürülüb

Koreya liderinin qardaşı öldürülüb
# 14 fevral 2017 13:39 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ögey qardaşı öldürülüb.

APA-nın “Al-Jazeera”-ya istinadən verdiyi xəbərə görə, hadisə Malayziyada qeydə alınıb.

Yerli KİV-in məlumatına əsasən, Kim Çen Nam bazar ertəsi səhər saatlarında öldürülüb. Onu Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında iki qadın zəhərləyib. Həmin qadınların KXDR-nın məxfi əməliyyatçıları olduğu bildirilir .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR