Bakıda yaşayış binasında yanğın baş verib, 10 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın baş verib, 10 nəfər təxliyə edilib
# 09 aprel 2017 20:42 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m2 və eyvan 2 m2 sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR