Moskvada sürücülərə hücum edən azərbaycanlı və erməni saxlanılıb

Moskvada sürücülərə hücum edən azərbaycanlı və erməni saxlanılıb
# 15 avqust 2017 13:14 (UTC +04:00)

Moskvada yük avtomobilinin sürücülərinə hücum edən azərbaycanlı və erməni saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Moskva” agentliyi yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

Hadisə bu ilin aprelində baş verib. Yük avtomobilinin sürücüsü, 1974-cü il təvəllüdlü Qazaxıstan vətəndaşı polisə müraciət edərək bildirib ki, “Volkswagen” markalı avtomobildə olan 4 nəfər ona və yanındakı sürücüyə hücum edib. Onlar sürücüləri odlu silahla təhdid edərək 1300 dollar ekvivalentində tenge və rubl götürüblər.

Avqustun 13-də polis əməkdaşları şübhəli bilinən 57 yaşlı azərbaycanlı və 28 yaşlı ermənistanlını saxlayıblar. Onlar həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

Hücumda iştirak edən digər şəxslər isə axtarışdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR