Bakıda uşaqlara siqaret satan 4 satıcı cərimələnib - YENİLƏNİB

Bakıda uşaqlara siqaret satan 4 satıcı cərimələnib - YENİLƏNİB
# 21 dekabr 2019 15:33 (UTC +04:00)

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan daha iki satıcı cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 17-də və 20-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Nərimanov Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.

Reydlər nəticəsində daha iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.

Həmin mağazaların satıcıları – R.Məmmədov və Ə.Qasımov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

***

Saat 14:06

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

DİN-dən APA-ya verilən məlumata görə, həmin mağazaların satıcıları – M.Cəfərov və M.Salmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR