Vergilər Nazirliyinin departament rəhbəri dəyişib

Vergilər Nazirliyinin departament rəhbəri dəyişib
# 05 aprel 2017 09:31 (UTC +04:00)

Vergilər Nazirliyində kadr və struktur dəyişikliyi baş verib.

"APA-Economics" xəbər verir ki, İnsan Resursları və Maliyyə və təminat idarələri departamentə çevrilib.

İnsan resursları departamentinin rəhbəri dəyişməyib. Belə ki, adıçəkilən departamentin baş direktoru Faiq Şahbazov olaraq qalıb.

Maliyyə və təminat departamentinin baş direktoru Rahim Əfəndiyev isə tutduğu vəzifədən azad olunub. Onu Vəkil Süleymanov əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR