PKK tərəfindən girov götürülmüş 20 gömrük işçisi sərbəst buraxılıb

PKK tərəfindən girov götürülmüş 20 gömrük işçisi sərbəst buraxılıb
# 08 sentyabr 2015 11:17 (UTC +04:00)

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, gömrükçülərin bu gün Habur sərhəd qapısından Türkiyəyə daxil olacağı gözlənilir.

Girovlar ailələrinin Diyarbəkirdəki İnsan Haqlar Dərnəyinə müraciətindən sonra dərnək nümayəndələrinin PKK terrorçuları ilə təmas qurması nəticəsində buraxılıb.

Qeyd edək ki, gömrük işçiləri avqust ayının 10-da və 21-də girov götürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR