Bakıda kişi həyat yoldaşını ehtiyatsızlıqdan güllələyib

Bakıda kişi həyat yoldaşını ehtiyatsızlıqdan güllələyib
# 10 oktyabr 2017 10:11 (UTC +04:00)

Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlunun odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.

S. Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

H. Kərimov şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR