Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz sakini dəm qazından zəhərlənib
# 05 fevral 2017 18:12 (UTC +04:00)

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Əlimərdanlı kənd sakini, 1998-ci il təvəllüdlü Səfiyyə Bağırova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

S.Bağırovaya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, S.Bağırova yaşadığı evin vanna otağında olarkən zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR