İmişlidə ilbizlər otlaq və əkin sahələrinə ziyan vurub

İmişlidə ilbizlər otlaq və əkin sahələrinə ziyan vurub
# 03 may 2018 14:59 (UTC +04:00)

İmişlidə yonca və otlaq sahələrində kütləvi ilbiz yayılması baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qısa müddətdə hektarlarla sahəyə yayılan ilbizlər otları məhv edib.

İlbizlərin yayılması İmişli rayonunun Rəsullu kəndi ərazisində olan yonca sahələrində daha çox müşahidə edilib. Əvvəllər bu halla rastlaşmayan fermerlər qeyd edirlər ki, səpin aparmalarına baxmayaraq, sahələrdə yonca bitməyib. Hətta biçilən otların da çox hissəsini ilbizlər yeyib.

İlbizlərin yayılmasını yağıntılarla əlaqələndirilir. İlbizlərin daha çox nəm yerlərdə yayıldığını deyən mütəxəssislər bildiriblər ki, ilbizlər təkcə yonca deyil, taxıl, bostan sahələrinə də yayıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR