Quba sakini qətlə yetirilib

Quba sakini qətlə yetirilib
# 16 noyabr 2016 10:42 (UTC +04:00)

Quba rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Barlı kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Ramiz Əhməd oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan R. Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib.

Quba rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, prokurorluğun əməkdaşları hadisə yerinə yollanıb.

Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR