Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
# 06 fevral 2020 15:41 (UTC +04:00)

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, imtahan martın 15-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək.

İmtahan kompüter vasitəsilə aparılacaq (İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahanda iştirak etmək üçün qeydiyyat 13 mart saat 15:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR