Saatlıda çayda batan gəncin meyiti sudan çıxarılıb

Saatlıda çayda batan gəncin meyiti sudan çıxarılıb
# 08 iyul 2017 17:08 (UTC +04:00)

Saatlıda çayda batan gəncin meyiti sudan çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1999-cu il təvəllüdlü Allahyarov Gülmusa Şahin oğlu bu gün Araz çayının Saatlıdan keçən hissəsində batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR