Ağstafada idarə sürücüsünü öldürən şəxslər tutulub

Ağstafada idarə sürücüsünü öldürən şəxslər tutulub
# 18 noyabr 2016 08:33 (UTC +04:00)

Ağstafada idarə sürücüsünü öldürən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulublar.

Qeyd edək ki, qətlə yetirilən Tural Hacıyev Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR