Ağdaş sakinləri çaqqalların hücumuna məruz qalıb, 5 nəfər xəsarət alıb

Ağdaş sakinləri çaqqalların hücumuna məruz qalıb, 5 nəfər xəsarət alıb
# 12 sentyabr 2017 08:14 (UTC +04:00)

Ağdaş rayonunda çaqqallar kənd sakinlərinə hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb.

Küçədə və həyətyanı ərazidə olan kənd sakinləri- 1987-ci il təvəllüdlü İbrahimov Valeh Mübariz oğlu, 1942-ci il təvəllüdlü Qarayeva Hamilə Şəmi qızı, 2001-ci il təvəllüdlü Hacıyev Vüqar Yadigar oğlu, 2005-ci il təvəllüdlü Əzizov Sultan Əziz oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Rəşad Nizami oğlu qəflətən çaqqalların hücumuna məruz qalıb.

Quduz heyvanlar kənd sakinlərinin əl və ayaqlarını dişləyərək onlara xəsarət yetiriblər. Çaqqalları öldürmək mümkün olmayıb. Yaralılar təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb, onlara quduzluğa qarşı vaksin vurulub.

Kənd sakinləri tez-tez tülkü, çaqqal və canavarların mal-qaraya, toyuq-cücəyə, insanlara hücum etdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR