Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə internetlə bağlı məsələ əlavə olunub

Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə internetlə bağlı məsələ əlavə olunub
# 07 aprel 2017 15:48 (UTC +04:00)

Azərbaycanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması qanunla təsbit edilir və bu, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər siyahısına daxil edilir, eyni zamanda müvafiq icra hakimiyyəti orqanına yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı verilir.

APA-nın məlumatına görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə əlavələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, məcəllənin 305-ci maddəsinə (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) yeni bənd – “internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında” cümləsi əlavə edilir. Buna əsasən məcəlləyə 40-6 Fəslinin (İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat) əlavə edilməsi təklif olunur. Yeni fəslin maddələrində icraatla bağlı müvafiq icra hakimiyyəti tərəfindən bununla bağlı ərizənin verilməsi, ərizənin məzmunu və ona baxılaraq qətnamənin qəbul edilməsi və s. məsələlər əksini tapıb. Burada söhbət ondan gedir ki, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR