Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 17 avqust 2017 14:23 (UTC +04:00)

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR