Türkiyə Azərbaycan da daxil olmaqla 26 ölkənin turizm şirkətlərinə subsidiya ayırıb

Türkiyə Azərbaycan da daxil olmaqla 26 ölkənin turizm şirkətlərinə subsidiya ayırıb
# 21 noyabr 2016 10:19 (UTC +04:00)

Bu il Türkiyə hökuməti ölkəyə çarter reysləri təşkil edən 26 dövlətin 66 turizm agentliyinə subsidiya ayırıb.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə mədəniyyət və turizm naziri Nəbi Avcı bildirib.

N.Avcının sözlərinə görə, tur operatorlar 5 000 çarter reysi üzrə ölkəyə gətirilən xarici turistlər üçün 30,8 mln. dollar pul əldə ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Məlumata görə, Azərbaycan, Rusiya, Belorus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Avropa İttifaqının bəzi ölkələrinin turizm agentliklərinə maliyyə dəstəyi göstərilib.

Gələn il üçün də prioritet bazar yenə də Rusiya, Almaniya və Böyük Britaniya qalır. Növbəti il üçün isə 6 000 çarter reysi üzrə subsidiyalar veriləcək, subsidiyalar isə hər bir kurort bölgəsinə uçacaq çarter reysinə aid ediləcək.

Qeyd edək ki, 2015-ci ilin fevralından turizm sektorunda böhranla əlaqədar Türkiyə hökuməti MDB-nin 8 ölkəsi ilə işləyən turizm şirkətlərinə dəstək verməyə başlayıb. Dəstək tədbirləri vergi güzəştləri və kreditlərə çıxışın sadələşdirilməsindən ibarət olub. 2016-ci ildə Rusiya ilə münasibətlər pisləşəndən sonra bu ölkədən turist axını əhəmiyyətli dərəcədə azaldığından bu tədbirlər genişləndirilib və 26 ölkəyə şamil edilib. Bundan başqa, Türkiyə hökuməti turistləri gətirən hər çarter reysə görə 6 mln. dollar ödəyib. Ümumilikdə bu il Türkiyə turizmi dəstəkləmək üçün 85 mln. dollar vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR