Ağdamda avtomobillə vurulan piyada ölüb

Ağdamda avtomobillə vurulan piyada ölüb
# 10 iyul 2017 11:13 (UTC +04:00)

Ağdamda piyada yol-nəqliyyat hadisəsi zamanı ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Yüzbaşlı kənd sakini Mehman Kazımov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Soltan Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR