Masallıda 50 yaşlı kişini avtomobil vurub

Masallıda 50 yaşlı kişini avtomobil vurub
# 06 sentyabr 2017 15:39 (UTC +04:00)

Masallıda piyadanı avtomobil vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Vidadi Xanış oğlu Seyfullayev yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil onu vurub. Dərhal sürücü tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan V. Seyfullayevə tibbi yardım göstərilib və paytaxtdakı xəstəxanalarından birinə aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR