Çində yük maşını insanları əzib, 4 nəfər ölüb

Çində yük maşını insanları əzib, 4 nəfər ölüb
# 14 aprel 2017 08:26 (UTC +04:00)

Çində yük avtomobili dəfn mərasimində iştirak edən insanları əzib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Olay səhər saatlarında Siçuan vilayətinin Nanyçun şəhər dairəsində baş verib. Məlumata görə, yük maşını dəfn mərasimi iştirakçıları yolun kənarı ilə hərəkət edən zaman onların üzərinə doğru hərəkətlənib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı təhqiqat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR