Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlanıb – SİYAHI

Bakı əhalisi arasında aşkarlanan qrip virusları açıqlanıb – <span style="color: red;">SİYAHI
# 29 noyabr 2017 08:11 (UTC +04:00)

“Son 3 ildə apardığımız elmi tədqiqatların nəticələrinə görə, Bakıda - həm böyük, həm də uşaq əhalisi arasında təhlükəli A qrip virusu aşkar edilməsə də, B qrip virusu aşkar olunub. B qrip virusu isə o qədər təhlükəli deyil”. Bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

O bildirib ki, 3 il müddətinə Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də adenovirus, 1,8%-də sinsitsial kəskin respirator virus infeksiyaları aşkarlanıb: “Bu rəqəmlər çox kiçik göstəricilərdir. Təxminən, müayinə olunan 100 nəfərdən 2-də B qrip virusu tapılıb. Bu göstəricilərə əsasən demək olar ki, Bakıda kəskin respirator virus infeksiyaları epidemik həddi ötməyib, yəni burada epidemiyadan söhbət gedə bilməz”.

Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin noyabr ayına olan məlumata görə, mövsümi qripdən hər il 3 – 5 milyon nəfər ağır formada xəstələnir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR