Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”

Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
# 22 fevral 2017 11:40 (UTC +04:00)

Rəsmi Moskva PYD-nin PKK ilə bağlılığına dair Ankaranın mövqeyini bölüşmür.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.

“Mən Rakka ilə bağlı Rusiyanın Türkiyə ilə birgə işləyə biləcəyinə dair bəyanatları eşitmişəm. Amma gördüyüm odur ki, indi daha çox koalisiya qüvvələri Rakkanın İŞİD-dən azad olunması ilə maraqlanır. Rusiyanın maraqları daha çox Hələb və Suriyanın qərbindədir. Bir terror təşkilatını digər terror təşkilatına qarşı istifadə etmək olmaz. Biz Rusiyaya izah edirik ki, suriyalı kürdlərin Demokratik Birlik Partiyası elə həmin PKK-dır. Amma deyə bilmərəm ki, bizi yaxşı anlayırlar”, deyə nazir bildirib.

F. İşıq onu da əlavə edib ki, ABŞ-ın yeni administrasiyasının Suriya ilə bağlı mövqeyi Obama administrasiyasının mövqeyindən fərqli olaraq Türkiyəyə daha yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR