Azərbaycan şirkətlərinin xarici ölkələrdə tenderlərdə iştirakı ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan şirkətlərinin xarici ölkələrdə tenderlərdə iştirakı ilə bağlı təkliflər hazırlanacaq
# 16 yanvar 2020 20:05 (UTC +04:00)

Azərbaycan şirkətlərinin xarici ölkələrdə tenderlərdə iştirakı istiqamətində yeni imkanların araşdırılması, nəticələri əsasında təkliflər hazırlanacaq.

APA xəbər verir ki, bu Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Azərbaycan məhsullarını ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti və yerli şirkətlərin xarici ölkələrdə tenderlərdə iştirakı istiqamətində yeni imkanların araşdırılması, nəticələri əsasında təklifləri təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR