Ermənistanın Kotayk vilayətində ağır yol qəzası baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi məlumat verib.
Məlumata görə, Qoxt kəndi yaxınlığında “Mercedes Sprinter” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Xəsarət alanlar arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.