Ərdoğan: "Hər şeyin hesabını bu dünyada millətimə, əbədi dünyada rəbbimə verməyə hazıram"

Ərdoğan: "Hər şeyin hesabını bu dünyada millətimə, əbədi dünyada rəbbimə verməyə hazıram"
# 08 sentyabr 2015 13:51 (UTC +04:00)

Məlahət Nəcəfova - APA. “Ay ulduzlu bayrağımızı dalğalandırmağın, istiqlal marşımızı oxumağın, müstəqilliyimizi qorumağın əvəzini ödəməkdə davam edirik”.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, türkləri Anadolu coğrafiyasından çıxarmaq istəyənlər həmişə məğlubiyyətə uğrayıb: “Bu birliyə, dirçəlişə göz dikənlər eyni taleni yaşayacaqlar. Buna görə də hansı kökə, məzhəbə malik olmasından asılı olmayaraq, bütün millətimə, siyasətçilərə, media mənsublarına, akademiklərə səslənirəm. Hər qarışı ilə Anadolu və Trakiya hamımızın torpağıdır. Bu ölkənin 78 milyon vətəndaşın hər birinə ehtiyacı var. Eyni zamanda hər birimizin də Türkiyə Cümhuriyyətinə ehtiyacımız var. Ölkəsini itirənlərin ürək yandıran görüntülərini hər gün izləyirik. Türkiyə bizim ortaq sevgimiz, ortaq keçmişimiz, ortaq gələcəyimizdir. Ölkəmizə sahib çıxmaq hər birimizin ortaq öhdəliyimizdir. Buna görə birliyimizə sahib olmalıyıq. İdarəçiliklə razılaşmaya bilərik. Amma hədəflərimizdə bir olmalıyıq.”

R. T. Ərdoğan bildirib ki, terror təşkilatlarının hücumlarını açıq, səmimi şəkildə qınamayan hər kəsin ölkəsi, milləti ilə olan əlaqələrində problem var: “Mİllətimizin ayaqda olduğu , təhlükəsizlik qüvvələri mübarizəni davam etdirdiyi halda, insanların əhval-ruhiyyəsini pozmağa yönəlmiş hər bir söz terrorun məqsədinə xidmət edir. Bu gün Türkiyə siyasi cəhətdən qeyri-müəyyən bir prosesdən keçirsə, bunun günahkarı tək iqtidarda, bir şəxsdədir? Kürəyini terror təşkilatına söykəyərək fəaliyyət göstərən siyasi partiyanın heç bir günahı yoxdurmu? Müxalifətin səhvi yoxdurmu? Bu ölkə, bu dövlət bizdən sonrakı nəsillərə lazımdır. Biz torpağa qarşıdıqda uşaqlarımıza, nəvələrimizə güclü bir ölkə qoymaq hamımızın ən əsas vəzifəsi deyilmi? “Ərdoğan məğlub olsun, Türkiyəyə nə olur olsun” kimi fikirlərə xidmət edənlər var. Şəxsən mən etdiyim hər şeyin hesabını bu dünyada millətimə, əbədi dünyada rəbbimə verməyə hazıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR