Moldovanın yeni prezidenti müdafiə nazirini istefaya göndərib

Moldovanın yeni prezidenti müdafiə nazirini istefaya göndərib
# 27 dekabr 2016 09:49 (UTC +04:00)

Moldovanın yeni prezidenti İqor Dodon müdafiə naziri Anatoli Şalarunu istefaya göndərib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Moldova prezidentinin “Facebook” səhifəsinə istinadən məlumat yayıb. “Bir neçə dəqiqə əvvəl Şalarunun istefaya göndərilməsi haqqında sərəncam imzaladım”, - deyə İ. Dodon yazıb.


A. Şalaru “sovet işğalı muzeyi”nin yaradılması barədə bəyanatları ilə məşhurdur.


Keçən həftə səlahiyyətlərinin icrasına başlayan İ. Dodon Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR