Erməni Kilsəsi Paşinyanın ittihamlarına cavab verib

Erməni Kilsəsi Paşinyanın ittihamlarına cavab verib
# 23 may 2024 21:56 (UTC +04:00)

Eçmiadzində Erməni Apostol Kilsəsinin (EAK) ali dini şurasının rəhbəri Ermənistan baş naziri Nikol Paşinyanın onları "təsir agent"i adlandırması ittihamlarına cavab verib.

APA xəbər verir ki, bu barədə bütün ermənilərin katolikosunun sədrliyi ilə yepiskopların və yeparxiya başçılarının yığıncağından sonra qəbul edilən bəyanatda deyilir.

Onlar hökumət başçısının ittihamlarını qərəzli hesab edirlər.

Bildirilib ki, etirazlar Paşinyanın Azərbaycana birtərəfli qaydada güzəştə getməsi fonunda baş verir.

Vurğulanıb ki, hakimiyyət öz siyasətini dəyişməli, kilsənin tarixi missiyasını və xalqın həyatındakı əhəmiyyətini xatırlamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR