Siyəzəndə 34 yaşlı qadın dəm qazından zəhərlənib

Siyəzəndə 34 yaşlı qadın dəm qazından zəhərlənib
# 23 yanvar 2017 10:05 (UTC +04:00)

Siyəzən rayonunda dəm qazından zəhərlənmə olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Dadaşova Tacirə Şakir qızı dəm qazı zəhərlənməsi ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin tibbi yardımdan sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR